“Qalatasaray” mövsümə qələbə ilə başladıbackend

"Qalatasaray" mövsümə qələbə ilə başladı

Futbol üzrə Türkiyə Superliqasında 2024-2025-ci illər mövsümünə start verilib.

KONKRET.az xəbər verir ki, son çempion “Qalatasaray” doğma meydanda “Hatayspor”la qarşılaşıb. Görüş İstanbul nəhənginin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı Hatay təmsilçisi açsa da, Mauro İkardi 80-ci dəqiqədə penaltidən fərqlənərək bərabərlik qoluna imza atıb. Mişi Batşuayi isə 90-cı dəqiqədə komandasına qələbə gətirən qolu vurub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*