PSJ-nin baş məşqçisi Kristof Qaltye futbol azarkeşləri tərəfindən ölümlə hədələnib.
KONKRET.az “RMC Sport”a istinadən xəbər verir ki, buna səbəb onun “Nitsa”da işləyərkən idman direktoruna komandada “bu qədər qaradərili və müsəlman ola bilməz” söyləməsidir.
Bu məlumat ortaya çıxdıqdan sonra Qaltyeyə açıq-aşkar ölüm təhdidləri də daxil olmaqla 5000-ə yaxın zəng və mesaj gəlib. Bununla bağlı PSJ məşqçi və onun ailəsini mühafizə altına alıb.
