Rusiyanın Tver Vilayət Məhkəməsində Cinayət Məcəlləsinin 210.1-ci maddəsi (Cinayət iyerarxiyasında ən yüksək mövqe tutma) ilə ittiham olunan 66 yaşlı yerli sakin barəsində hökm çıxarılıb.
KONKRET.az lentaz-a istinadən xəbər verir ki, kriminal aləmdə “Volçok” ləqəbli “qanuni oğru” Sergey Komunyayev 1994-cü ildən etibarən kriminal submədəniyyəti dəstəkləyib, “oğru ideyaları”nı təbliğ edib və cinayət aləminin nümayəndələrini bu ideyalar ətrafında birləşdirib.
İttihama əsasən, o, həm azadlıqda olduğu müddətdə, həm də cəzaçəkmə müəssisələrində təsir dairələrini bölüşdürüb, “nəzarətçilər” təyin edib, məhkumlar arasında yaranan münaqişələri yoluna qoyub və müxtəlif idarəetmə qərarları verib.
Bundan əlavə, kişi tabeliyində olan şəxslər vasitəsilə kriminal “obşak” üçün vəsaitlərin toplanmasına nəzarət edib, fondun doldurulması və pulların bölüşdürülməsi ilə bağlı göstərişlər verib.
Məhkəmənin hökmü ilə 66 yaşlı şəxs xüsusi rejimli cəzaçəkmə müəssisəsində 10 il müddətinə azadlıqdan məhrum edilib.
Cinayət yolu ilə əldə edildiyi müəyyənləşdirilən 30 min ABŞ dolları və 20 min avro isə dövlət nəfinə müsadirə olunub.
