“Qarabağ” Avropa Liqasının qrup mərhələsinə adladıbackend

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinə adladı

Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirib.

KONKRET.az-ın məlumatına görə, Qurban Qurbanovun yetirmələri Avropa Liqasının pley-offunda cavab matçına çıxıb.

Ağdam klubu evdə “Olimpiya” ilə üz-üzə gəlib. Sloveniyada 2:0 hesablı inamlı qələbə qazanan “Qarabağ” Avropa Liqasının qrup mərhələsində oynamaq üçün üstünlüyünü qoruyub.  İki oyunun ümumi nəticəsində görə rəqibini 3:1 hesabı ilə üstələyən “Qarabağ” növbəti dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, “Qarabağ” ardıcıl 10-cu dəfə qrupda çıxış edib. Ağdamlılar 2017/18 mövsümündə Çempionlar Liqasında, 2014/15, 2015/16, 2016/17, 2018/19, 2019/20, 2020/21 və 2022/23 mövsümlərində Avropa Liqasının, 2021/22 mövsümündə Konfrans Liqasının qrupunda mübarizə aparıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*