“Qarabağ” Azərbaycan çempionu OLDUbackend

“Qarabağ” Azərbaycan çempionu OLDU

Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün çempionu bəlli olub.

KONKRET.az xəbər verir ki, 31-ci çempionatın qalibi adına “Qarabağ” yiyələnib.

Ağdam klubu XXXIV turda “Səbail”ə səfərdə 3:0 hesabı ilə qalib gələrək, qızıl medalları rəsmiləşdirib. Komandanın heyətində 71-ci dəqiqədə Bəhlul Mustafazadə, 77 və 86-cı dəqiqələrdə isə Ramil Şeydayev fərqləniblər.

Xallarının sayını 87-yə yüksəldən “Qarabağ” sona iki tur qalmış ən yaxın izləyicisi “Sabah” (77 xal) üçün əlçatmaz olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*