“Qarabağ”dan növbəti transferbackend

"Qarabağ"dan növbəti transfer

“Qarabağ” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

KONKRET.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Kiprin APOEL klubu ilə danışıqlar uğurla yekunlaşıb və braziliyalı yarımmüdafiəçi Dieqo Rosa icarə əsasında Ağdam klubuna keçib.

Anlaşmaya əsasən, 1 illik icarə müddətinin sonunda “Qarabağ”ın 23 yaşlı yarımmüdafiəçini transfer etmək opsiyası var. O, yeni komandasında 33 nömrəli forma ilə çıxış edəcək.

2021-ci ildə “Qremio”dan “Mançester Siti”yə transfer olunan Rosa “Lommel” (Belçika), “Vizela” (Portuqaliya), “Bahia” və “İnter” (hər ikisi Braziliya) klublarında çıxış edib. O, 2025-ci ildə APOEL-ə keçib.

Rosa Braziliyanın U-16 və U-17 milli komandalarında çıxış edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*