“Qarabağ”dan sürpriz transfer?backend

“Qarabağ”dan sürpriz transfer?

Qışda “Qarabağ”dan ayrılaraq “Ferentsvaroş”a transfer olan Kvabena Ovusu yenidən Ağdam klubunda çıxış edə bilər.

KONKRET.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 25 yaşlı hücumçu ötən gün Bakıya gələrək “Qarabağ”ın bazasına yollanıb.

Kvabenanın “Qarabağ”da icarə əsasında çıxış edəcəyi gözlənilir.

Qeyd edək ki, Kvabena Ovusu “Ferentsvaroş”un sabiq baş məşqçisi Stanislav Çerçesovun istəyi ilə komandaya transfer olunmuşdu. Onun istefasından sonra afrikalı forvard start heyətdə şans qazanmırdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*