“Qarabağ” doğma meydanda qalib gəldibackend

"Qarabağ" doğma meydanda qalib gəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında II tura start verilib.

KONKRET.az xəbər verir ki, turun açılış matçında “Qarabağ” doğma meydanda “Kəpəz”i qəbul edib.

“Azərsun Arena”da oynanılan qarşılaşma Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları 48-ci dəqiqədə Riçard Almeyda, 73-cü dəqiqədə Abdulla Zubir və 84-cü dəqiqədə Olavio Juninyo vurublar.

“Köhlən atlar” hazırda 6 xalla turnir cədvəlinə başçılıq edir.

İlk turda keçirilən matçlarda “Qarabağ” “Araz-Naxçıvan”a, “Zirə” “Səbail”ə 4:1, “Sumqayıt” “ Kəpəz”ə 2:0 hesabı ilə qalib gəlib. “Neftçi” – “Turan Tovuz” oyunu isə qolsuz heç-heçə ilə bitib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*