Qarabağ erməniləri Azərbaycan snayperlərinin hücumunun artmasından narahatdırbackend

Qarabağ erməniləri Azərbaycan snayperlərinin hücumunun artmasından narahatdır

KONKRET.az xəbər verir ki, Dağlıq Qarabağın qondarma rejiminin “Müdafiə Nazirliyi” Azərbaycan tərəfinin snayper hücumlarının artmasından narahatdır. Açıqlamada daha sonra deyilir: “Azərbaycan tərəfi Bakıda keçirilən MDB Müdafiə Nazirləri Şurasının iclasına məhəl qoymadan, snayper silahlarına müraciət etməklə cəbhədə vəziyyəti süni şəkildə gərginləşdirməkdə davam edir”.

Qondarma nazirlik münaqişə tərəfləri arasındakı gərginliyi azaltmaq üçün əldə edilən razılaşmalara sadiq olduğunu bəyan edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*