“Qarabağ erməniləri ilə Azərbaycan arasında danışıqlar qaçılmazdır” – Nazaryanbackend

"Qarabağ erməniləri ilə Azərbaycan arasında danışıqlar qaçılmazdır" - Nazaryan

“Qarabağ erməniləri ilə Azərbaycan arasında danışıqlar qaçılmazdır”.

KONKRET.az xəbər verir ki, bunu martın 7-də parlamentdə jurnalistlərə müsahibəsində “Ermənistan” blokundan olan deputat Qeqam Nazaryan deyib.

“Qarabağ erməniləri ilə Azərbaycan arasında danışıqlar qaçılmazdır.

İndi baş verənləri danışıqlar hesab etmirəm. Bu, texniki problemlərin həlli üçün bir növ müzakirə-görüş idi. Danışıqlar o zaman baş tutacaq ki, onlar oturub “DQR”-in sərhədlərinin hara keçməli olduğuna qərar versinlər, Azərbaycan Qarabağın “müstəqilliyini” tanısın.

30 il ərzində Azərbaycan bundan çətin vəziyyətdə idi, lakin torpaqlarını tələb edirdi. Onların məmurları deməyib ki, ermənilər Gəncəni tələb edir, deyiblər ki, ermənilər, Füzulini qaytarın.

Onlar bütün resurslardan istifadə etdilər, dedilər ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib.

Bəs biz niyə Azərbaycanın Hadrutu, Xocavəndi, Şuşanı işğal etməsindən danışmırıq? Qarabağın indiki “hakimiyyət”inin vəzifəsi nədir? İnsanları ümidsizliyə sürükləyirlər ki, yol açılanda bir gündə neçə maşının Qarabağı tərk edəcəyini saysınlar?

Əminəm ki, Qarabağ xalqı “öz” torpağında möhkəm duracaq, “Arsax” isə yaşayacaq və erməninin olacaq”, – deyə Nazaryan cəfəngiyyatını bitirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*