Cəbəllütariqdə “Linkoln” və “Qarabağ” komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunu “Qarabağ”-ın qələbəsi yekunlaşıb.
KONKRET.az xəbər verir ki, “köhlən atlar” I təsnifat mərhələsinin ilk oyununda Cəbəllütariqdə “Linkoln”un qonağı olub. “Viktoriya” stadionunda oynanılan görüş Ağdam klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu cütün qalibi II təsnifat mərhələsində “Rakuv” (Polşa) – “Flora” (Estoniya) cütünün güclüsü ilə qarşılaşacaq.
***
Cəbəllütariqdə “Linkoln” və “Qarabağ” komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ikinci hissəsində Ağdam təmsilçisi qol vurub.
KONKRET.az xəbər verir ki, 58-ci dəqiqədə Redon Cica hesabı bərabərləşdirir.
***
Cəbəllütariqdə “Linkoln” və “Qarabağ” komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda birinci hissə başa çatıb.
KONKRET.az xəbər verir ki, Ağdam təmsilçisi fasiləyə minimal hesablı məğlubiyyətlə yollanıb.
Yeganə qolu 25-ci dəqiqədə meydan sahiblərindən Kike Qomes vurub.
***
Cəbəllütariqdə “Linkoln” və “Qarabağ” komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda hesab açılıb.
KONKRET.az xəbər verir ki, 25-ci dəqiqədə meydan sahibləri Kike Qomesin qolu ilə önə çıxıblar.
***
Cəbəllütariqdə “Linkoln” və “Qarabağ” komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunu başlayıb.
KONKRET.az xəbər verir ki, “Viktoriya” stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da start götürüb.
Qeyd edək ki, komandaların cavab matçı iyulun 19-da Bakı Olimpiya Stadionunda olacaq.
