“Qarabağ”ın rəqibinin Bakıya SƏFƏR PROQRAMIbackend

"Qarabağ"ın rəqibinin Bakıya SƏFƏR PROQRAMI

Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Qarabağ”ın qonağı olacaq Çexiya “Viktoriya”sının Bakıya səfər planı açıqlanıb.

KONKRET.az klubun saytına istinadən xəbər verir ki, Plzen təmsilçisi sabah səhər saatlarında Bakıya yola düşəcək.

Saat 19:45-də “Viktoriya”nın baş məşqçisi Mixal Bilekin mətbuat konfransı olacaq. Saat 20:30-da isə komanda matçın oynanılacağı Tofiq Bəhramov adına Respublika stadionunda ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olan məşqə çıxacaq.

Qeyd edək ki, avqustun 17-də keçiriləcək “Qarabağ” – “Viktoriya” görüşü saat 20:45-də başlayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*