“Qarabağ”ın müdafiəçisi Kevin Medinanın “Rizəspor”a keçidi baş tutmayıb.
KONKRET.az xəbər verir ki, bu barədə sportlife-a Türkiyə təmsilçisinin İdarə Heyətinin üzvü Hasan Yavuz Bakır məlumat verib.
O bildirib ki, bir müddət tərəflər arasında danışıqlar getsə də, oyunçunun keçidi alınmayıb:
“Medina 20 gün öncə gündəmimizdə idi. Ancaq “Qarabağ” onu buraxmadı. Hazırda həmin mövqeyə başqa oyunçu axtarırıq”, – deyə Yavuz Bakır bildirib.
