“Qarabağ” - “Molde” matçının biletləri satışa çıxarılır
222
UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” – “Molde” (Norveç) oyununun biletləri sabah saat 12:00-dan iticket.az-da satışa çıxarılacaq.
KONKRET.azxəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir.
VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 200 manatdır.