“Qarabağ” – “Molde” oyunu üçün satılan biletlərin sayı açıqlandıbackend

"Qarabağ" - "Molde" oyunu üçün satılan biletlərin sayı açıqlandı

Bakıda “Qarabağ” və Norveçin “Molde” komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin I turunun oyunu üçün indiyədək satılmış biletlərin sayı bəlli olub.

KONKRET.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat katibi Anar Hacıyev məlumat verib.

Onun sözlərinə görə, bu vaxtadək 19 min bilet alınıb.

Bundan əlavə, klub rəsmisi rəqib azarkeşlərin “Molde”yə dəstək vermək üçün Bakıya gəlmədiklərini bildirib.

Qeyd edək ki, sentyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq matç saat 20:45-də başlayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*