“Qarabağ“ – “Qalatasaray“ oyununa 58 min bilet satıldıbackend

“Qarabağ“ - “Qalatasaray“ oyununa 58 min bilet satıldı

“Qarabağ” – “Qalatasaray” xeyriyyə matçı üçün bilet satışı davam edir. 

KONKRET.az xəbər verir ki, Qol.az-ın əldə etdiyi məlumata görə, artıq görüşə 58 min bilet satılıb (martın 16-dan indiyədək).

Qeyd edək ki, martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək sözügedən görüş saat 20:00-da başlayacaq. Bilet satışından əldə olunacaq gəlir Türkiyədə baş verən zəlzələdən zərər çəkənlər üçün göndəriləcək.

Satış məntəqələri: 

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

Iticket.az-ın satış məntəqələri;

“Park Bulvar”da yerləşən “Qarabağ” FK-nın Fan-Şopu.

Biletləri iticket.az-dan da əldə edə bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*