“Qarabağ” qələbə qazandıbackend

“Qarabağ” qələbə qazandı

Avstriyada təlim-məşq toplanışını başa vuran “Qarabağ” sonuncu yoxlama oyununu keçirib.

KONKRET.az xəbər verir ki, Azərbaycan çempionu Bolqarıstan təmsilçisi ÇSKA (Sofiya) ilə üz-üzə gəlib.

“Vörgl” stadionunda baş tutan qarşılaşma Ağdam klubunun qələbəsi ilə başa çatıb – 1:0. Yeganə qolu 42-ci dəqiqədə Redon Cica vurub.

“Qarabağ” Avstriyadakı ilk görüşündə Macarıstan “Ferentsvaroş”u ilə heç-heçə etmişdi – 3:3. Son ölkə çempionu ikinci matçında isə Polşa “Legiya”sına uduzmuşdu – 0:2.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*