“Qarabağ” reytinqdə 10 pillə irəlilədibackend

"Qarabağ" reytinqdə 10 pillə irəlilədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

KONKRET.az xəbər verir ki, 302 komandanın adı olan siyahıda Azərbaycan təmsilçilərindən “Qarabağ” və “Neftçi” yer alıb.

Aktivində 141,5 xalı olan “köhlən atlar” ötən ayla müqayisədə 10 pillə irəliləyərək reytinq cədvəlində 89-cu piləyə yüksəlib.

“Ağ-qaralar” isə 81 xalla əvvəlki 221-ci mövqeyindən 235-ci sırayadək geriləyib. “Neftçi” Zambiyanın “Zanako” və Meksikanın “CSYD Atlas” klubları ilə eyni xalı toplayıb.

İlk “3-lük”də 310 xalla “Palmeyras” (Braziliya), 291 xalla “Liverpul” (İngiltərə) və 287 xalla “Flamenqo” (Braziliya) qərarlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*