Qarabağ erməniləri İrəvandan əliboş qayıdan Arayikə heykəl qoymaq istəyirlər.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.
Qarabağ separatçısı, Anna Akopyanın rəhbərlik etdiyi “Erato” dəstəsinin üzvü, qondarma “deputat” Arevik Petrosyan bir gün “parlament”in qapalı iclasında çıxış edərək Arayik Arutyunyana abidə ucaltmağı təklif edib.
“O, “prezident”in Qarabağ probleminin həllində göstərdiyi səyləri yüksək qiymətləndirib. O, Qaregin Njdenin abidəsinin yanında Arayik Arutyunyana abidə qoyulmasını təklif edib. “Deputat” həmçinin keçmiş “komandirinin” əri Nikol Paşinyanı da tərifləyib. Bildirib ki, bu gün Paşinyanın reytinqi 85 faizdir. Onun çıxışı “parlament”də birmənalı qarşılanmayıb”, – deyə qəzet yazır.
Xuraman Etibarlı,
KONKRET.az
