“Qarabağ” “TOP-100”dəbackend

“Qarabağ” “TOP-100”də

Avropanın top komandalarının yeni reytinq cədvəli açıqlanıb.

KONKRET.az xəbər verir ki, siyahıda qitənin 438 ən güclü klub yer alıb.

Azərbaycanın ən yaxşısı “Qarabağ”dır. Ağdam klubu 216 xalla 85-cidir. Qurban Qurbanovun yetirmələri ötən cədvəllə müqayisədə bir pillə geriləyib.

33 xala malik “Neftçi” Avropada 225-cidir. Bakılılar 3 addımlıq irəliləyişə nail olub. 5 pillə irəliləyən “Qəbələ” 5 xalla 375-cidir.

Qeyd edək ki, siyahıya 2636 xala malik “Real” başçılıq edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*