“Qarabağ” – “Dinamo” görüşündə ikinci qol vuruldu – YENİLƏNİRbackend

"Qarabağ" - "Dinamo" görüşündə ikinci qol vuruldu 

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Dinamo” (Zaqreb, Xorvatiya) – “Qarabağ” oyununda ikinci qol vurulub.

KONKRET.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matçda qonaqlar növbəti dəfə hesabı öx xeyirlərinə dəyişiblər. – 2:0.

55-ci dəqiqədə Mateus Silva avqoqol müəllifi olub.

Tərəflər arasında Xorvatiyada baş tutan ilk matçda meydan sahibləri 3:0 hesabı ilə qalib gəlib.

***

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Dinamo” (Zaqreb, Xorvatiya) – “Qarabağ” oyununda ikinci hissə başlayıb.

KONKRET.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matçda qonaqlar hesabda öndədir – 1:0.

32-ci dəqiqədə Marko Pyasta fərqlənib.

Tərəflər arasında Xorvatiyada baş tutan ilk matçda meydan sahibləri 3:0 hesabı ilə qalib gəlib.

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Dinamo” (Zaqreb, Xorvatiya) – “Qarabağ” oyununda ilk hissə başa çatıb.

KONKRET.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matçda qonaqlar hesabda öndədir – 1:0.

32-ci dəqiqədə Marko Pyasta fərqlənib.

Tərəflər arasında Xorvatiyada baş tutan ilk matçda meydan sahibləri 3:0 hesabı ilə qalib gəlib.

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Dinamo” (Zaqreb, Xorvatiya) – “Qarabağ” oyununda hesab açılıb.

KONKRET.az xəbər verir ki,  Xorvatiya klubunun oyunçusu Marko Pyatsa 30-cu dəqiqədə hesabı açıb.

***

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Dinamo” (Zaqreb, Xorvatiya) – “Qarabağ” oyunu start götürüb.

KONKRET.az xəbər verir ki, tərəflər arasında cavab qarşılaşması Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Görüşü İngiltərədən olan baş hakim Maykl Oliver idarə edir.

Tərəflər araaında Xorvatiyada baş tutan ilk matçda meydan sahibləri 3:0 hesabı ilə qalib gəlib.

19:57

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində üz-üzə gələcək “Qarabağ” və Xorvatiyanın “Dinamo” komandalarının start heyətləri açıqlanıb.

KONKRET.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:

“Qarabağ”: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 7. Yassin Benzia, 66. Patrik Andrade, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 18. Juninyo

Baş məşqçi: Qurban Qurbanov

“Dinamo”: 33. İvan Nevistiç, 3. Takuya Oqivara, 9. Bruno Petkoviç (k), 10. Martin Baturina, 13. Sami Mmae, 17. Sandro Kulenoviç, 18. Ronael Pyerr-Qabriel, 20. Marko Pyatsa, 25. Petar Suçiç, 27. Yosip Mişiç, 28. Kevin Teofile-Katerine

Baş məşqçi: Sergey Yakiroviç

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Dinamo” görüşü saat 20:45-də başlayacaq. Komandalar arasında Zaqrebdə keçirilmiş ilk matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. “Qarabağ” “Dinamo” səddini keçə bilməsə, mübarizəni Avropa Liqasının əsas – liqa mərhələsində davam etdirəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*