“Qarabağ” Avroliqanın qrupunda – YENİLƏNİRbackend

“Qarabağ” Avroliqanın qrupunda - YENİLƏNİR

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında “Qarabağ” (Azərbaycan) “Viktoriya” (Çexiya) ilə qarşılaşacaq.

KONKRET.az xəbər verir ki, oyun Plzendəki “Duşan Arena”da baş tutacaq.

Qeyd edək ki, bu gün keçiriləcək “Viktoriya” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq və “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq. Bakıda keçirilmiş ilk oyun qolsuz bitib. Cavab qarşılaşmasında qalib gələn komanda turnirin qrup mərhələsinə vəsiqə qazanacaq.

***

Matç başladı.

***

“Qarabağ” hesabı açdı

38-ci dəqiqədə Filip Ozobiç fərqləndi.

***

“Viktoriya” hesabı bərabərləşdirdi. “Kopiç” 58-ci dəqiqədə fərqlənir.

***

“Viktoriya” hesabı 2:1 edir. Yan Klimen 73-cü dəqiqədə fərqlənir.

***

Matç başa çatdı. “Qarabağ” UEFA  Avropa Liqasının qrup mərhələsində oynayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*