“Qarabağ” “Zirə” ilə oyunda xal itirdibackend

"Qarabağ" "Zirə" ilə oyunda xal itirdi

Azərbaycan Premyer Liqasında XXXI turun daha bir oyunu keçirilib.

KONKRET.az-ın məlumatına görə, “Qarabağ” “Azersun Arena”da “Zirə”ni qəbul edib. Qarşılaşmada qalib müəyyənləşməyib – 2:2.

Hesabı 54-cü dəqiqədə meydan sahiblərindən Marko Yankoviç açıb. 5 dəqiqə sonra Ramil Şeydayev 2-ci topu rəqibin qapısından keçirib. 62-ci dəqiqədə “qartallar” buraxılan qollardan birinin əvəzini çıxıb. Hamidu Keyta adını tabloya yazdırıb. 65-ci dəqiqədə isə Eldar Quliyev yekun hesabı müəyyənləşdirib.

Bu nəticədən sonra xallarını 78-ə çatdıran “Qarabağ” liderliyini qoruyub. 42 xalı olan “Zirə” isə 5-ci sırada qərarlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*