Dağlıq Qarabağdakı hadisələr faciədir.
KONKRET.az xəbər verir ki, bu barədə Roma Papası Fransisk Müqəddəs Pyotr Meydanında etdiyi bazar çıxışında deyib.
“Bütün müqəddəslərin ziyafətinin bu günü (katoliklər tərəfindən 1 noyabr günü) qarşıdurmanın olduğu Dağlıq Qarabağda baş verənləri unutmayaq. Evlər, strukturlar və ibadət yerləri getdikcə məhv edilir. Getdikcə hərbi əməliyyatlar mülki əhaliyə təsir göstərir. Bu, faciədir” – deyə Papa bildirib.