Qarabağda erməni hərbçilərin cəsədlərinin axtarışı davam edir.
KONKRET.az bu barədə erməni KİV-ə istinadən xəbər verir.
Məlumata görə, ötən gün axtarışlar zamanı daha 8 erməni hərbçisinin cəsədi tapılıb.
Onlardan 2-si Xocavəndin Qoçbəyli kəndində, 6-si isə Cəbrayıl rayonu ərazisində aşkar olunub.
Bu gün axtarışlar Cəbrayıl, Hadrut, Füzuli və Zəngilan rayonları ərazisində davam etdiriləcək.
