Qarabağda məhv edilən suriyalı muzdluların GÖRÜNTÜLƏRİbackend

Qarabağda məhv edilən suriyalı muzdluların GÖRÜNTÜLƏRİ

Ermənistan tərəfində döyüşmək üçün Suriyadan Dağlıq Qarabağa gətirilən və Azərbaycan Ordusunun məhv etdiyi daha üç muzdunun kimliyi məlum olub.

KONKRET.az xəbər verir ki, bu barədə məlumat Daşnaksütun Partiyasının feysbuk səhifəsində paylaşılıb.

Bunlar Suriyanın Hələb şəhərinin ermənilərin sıx məskunlaşdığı məhəllələrin özünümüdafiə komandiri, Daşnaksütunun üzvü Arut Panoyan (1976-cı il doğumlu), Hələb sakini Akop Astarçyan (1991-ci il doğumlu) və Hələbin özünümüdafiə yaraqlısı Mosik Seklemyandır (1992-ci il doğumlu).

Onlar paytaxt Yerevandakı Erablur xiyabanında basdırılıblar.

Qeyd edək ki, Daşnaksütunun Suriya qolu, həmçinin Yaxın Şərq ölkəsindəki digər erməni təşkilatları, əsasən, Bəşşar Əsəd ordusunun tərəfində Türkiyə və onun dəstəklədiyi mülayim müxalifətə qarşı döyüşürlər.(Report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*