Qaradağda avtomobil saxlanıldı – 7 qutudan nə çıxdı?backend

Qaradağda avtomobil saxlanıldı - 7 qutudan nə çıxdı?

Bakı şəhərinin Qaradağ rayonunda minik avtomobilindən 576 ədəd pirotexniki vasitə aşkar edilərək götürülüb.

KONKRET.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində qanunsuz dövriyyəyə qarşı mübarizə çərçivəsində xeyli miqdarda pirotexniki vasitə aşkarlanıb.

Qaradağ rayonu ərazisində keçirilən tədbir zamanı Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi minik avtomobilinə baxış keçirilib. Nəticədə 7 karton qutuda 2 adda ümumilikdə 576 ədəd pirotexniki vasitə aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*