Sosial evlərdə mənzil almaq adı ilə dələduzluqda ittiham olunan İlkin Akifoğlu 7 il müddətə azadlıqdan məhrum edilib.
KONKRET.az report-a istinadla xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində elan olunub.
Hökmdən əvvəl dövlət ittihamçısı çıxış edib. O təqdirləndirlən şəxsin 8 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, İlkin Akif oğlu 2025-ci ilin oktyabr ayında Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, o, vətəndaşların etibarından sui-istifadə edərək onların külli miqdarda maddi vəsaitini ələ keçirməkdə şübhəli bilinib.
Araşdırmalarla saxlanılan şəxsin ayrı-ayrı vətəndaşlara sosial evlərdə mənzil almaqda köməklik edəcəyi ilə bağlı yalan vədlər verərək dələduzluq etdiyi və zərərçəkənlərin ümumilikdə 90 min manatdan artıq pulunu mənimsədiyi müəyyən olunub.
İlkin Akif oğlu Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunub.
