Qardaş ölkədə qoyun başının qiyməti qalxdı – Koronavirusa görəbackend

Qardaş ölkədə qoyun başının qiyməti qalxdı - Koronavirusa görə

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Türkmənistanda qoyun baş və əl-ayağı kəskin şəkildə bahalaşdı.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, buna səbəb COVID-19 infeksiyası ilə mübarizədə qoyunun başının effektli olması ilə bağlıdır.

Qeyd edək ki, əvvəllər bir qoçun başı və dörd ayağının dəsti 20 manata (rəsmi məzənnə ilə 5.7 dollar) başa gəlirdi. Lakin COVID-19-un qarşısının alınması üçün bu məhsuldan şorbanın faydaları barədə ölkə daxilində şayiələr yayılandan sonra qiymət 30 manata (8.6 dollar) qalxıb. Mal-qara ayağının qiyməti də artıb. Kiçik ayağın qiyməti 10 manatdan 15 manata (2,9 dollardan 4,3 dollara), böyük ayağın qiyməti 15 manatdan 20 manata (4,3 dollardan 5,7 dollara) qədər yüksəlib.

Epidemiya fonunda adi mal ətinin qiyməti də artıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*