Qatar stansiyasına hücum edildi: Üç polis əməkdaşı yaralandıbackend

Qatar stansiyasına hücum edildi: Üç polis əməkdaşı yaralandı

Suriyadan olan naməlum şəxs Almaniyanın Nürnberq şəhərindəki (Bavariya əyaləti) qatar stansiyasında polisə hücum edib.

KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində üç hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.

Qeyd olunub ki, Nürnberq Mərkəzi Stansiyasında 28 yaşlı suriyalı bir neçə polis əməkdaşına hücum edib. Onun əlində qırıq şüşə butulka olub.

Məlumata görə, adam öldürməyə cəhd faktı ilə bağlı araşdırma aparılır. Müstəntiqlər bildirib ki, cinayəti törədən şəxs bir neçə dəfə “Allahu Əkbər” qışqırıb.

Çərşənbə günü o, hakim qarşısına çıxarılacaq.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*