Filippinin paytaxtı Manila yaxınlığındakı göldə qayıq batıb.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Filippin Sahil Mühafizəsinin sözçüsü Armando Balilo bildirib.
Onun sözlərinə görə, qəzada 23 nəfər ölüb, 6 nəfər isə itkin düşüb.
Qeyd olunub ki, güclü küləkdən qorxan sərnişinlər panikaya düşərək qayığın sol bortuna yığışıb. Bu zaman tarazlıq pozulub və qayıq çevrilib.
Qayıqda neçə sərnişinin olduğu məlum deyil. Xilasedicilərin 40 nəfəri sudan çıxardığı bildirilir.
Axtarış-xilasetmə əməliyyatı davam edir.
İqbal Rzayev,
KONKRET.az
