Qazaryandan ŞOK AÇIQLAMA: “Ermənistan növbəti məğlubiyyətə hazırlaşır”backend

Qazaryandan ŞOK AÇIQLAMA: "Ermənistan növbəti məğlubiyyətə hazırlaşır"

“Ölkə növbəti məğlubiyyətə hazırlaşır”.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə İctimai-siyasi xadim Edqar Qazaryan deyib:

“Dövlət sərhədinin mühafizəsi funksiyası Silahlı Qüvvələrdən alınaraq Ermənistan Milli Təhlükəsizlik Xidmətinin praktiki olaraq silahsız və yararsız hissələrinə verilir. Eyni zamanda, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının komandanı tutduğu vəzifədən azad olunur, amma yeni təyinat həyata keçirilmir”, – Qazaryan vurğulayıb.

“Hazırda Ermənistan Təhlükəsizlik Şurasının katibi yeni genişmiqyaslı müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib. Amma ölkədə hərbi vəziyyət elan olunmayıb. Əlahiddə Ordu Korpusunun komandiri hərbi hospitaldadır. Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin iki müavini və Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının komandanı vəzifələri boşdur”, – deyə erməni siyasətçi ironik fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*