Qazaxda məktəbliləri ildırım vurdu: Ölən var – YENİLƏNİB / FOTObackend

Qazaxda məktəbliləri ildırım vurdu: Ölən var - YENİLƏNİB / FOTO

Qazaxda  ildırım vurması nəticəsində ölən və xəsarət alan məktəblilərin adları məlum olub.

KONKRET.az-ın məlumatına görə, rayonun Birinci Şıxlı kənd tam orta məktəbinin 6-cı sinif şagirdi Nuray Osmanova hadisə yerində ölüb. Onun bacısı 4-cü sinif şagirdi Ayan Osmanova və onların qohumu 5-ci sinif şagirdi Əfsanə Məmmədzadə müxtəlif bədən xəsarəti ilə  Qazax Müalicə və Diaqnostika mərkəzinə yerləşdiriliblər. Əfsanə Məmmədzadəyə ambulator müayinə və müalicə tədbirləri görülərək evə buraxılıb. Ayan Osmanovanın isə reanimasiya şöbəsində müalicəsi davam etdirilir.

16:24

Qazax rayonunda iki uşağı ildırım vurub, biri ölüb.

KONKRET.az xəbər verir ki, bu barədə Qazax Müalicə Diaqnostika Mərkəzindən bildirilib.

Qeyd olunub ki, bu gün ildırım vurması nəticəsində tibb müəssisəsinə iki nəfər yerləşdirilib: “2011-ci il təvəllüdlü olan zərərçəkən xəstəxanaya gətirilərkən ölü vəziyyətində olub. Digər zərərçəkən 2012-ci il təvəllüdlü pasiyentin Reanimasiya şöbəsində müalicəsinə davam edilir. Hazırda vəziyyəti orta ağırdır”.

Qazaxda məktəbliləri ildırım vurdu - Ölən var - YENİLƏNİB (FOTO)

Qazaxda məktəbliləri ildırım vurdu - Ölən var - YENİLƏNİB (FOTO)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*