Qazaxıstan dizellə işləyən avtobusları QADAĞAN EDİRbackend

Qazaxıstan dizellə işləyən avtobusları QADAĞAN EDİR

Qazaxıstanın Almatı şəhərində 2024-cü ildən dizellə işləyən avtobusların alınmasına qadağa qoyulacaq.

KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə şəhərin meri (akim) Yerbolat Dosayev məlumat verib.

Onun sözlərinə görə, 2023-cü ildə yerli büdcə hesabına 600 avtobus və 100 trolleybus olmaqla 1430 ədəd ekoloji təmiz nəqliyyat vasitəsi gətiriləcək.

“Özəl daşıyıcılar 730 avtobus, o cümlədən 30 elektrobus alacaqlar. Gələn ildən dizellə işləyən avtobusların alınmasına qadağa tətbiq edəcəyik”, – deyə Yerbolat Dosayev bildirib.

Akim bildirib ki, bu tədbirlər sayəsində 2025-ci ilə qədər şəhərin bütün ictimai nəqliyyatı ekoloji cəhətdən təmiz olacaq.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*