
Qazaxıstan Rusiya ərazisindən neft tranzitini dayandırmaq məcburiyyətində qaldı.
KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir bu barədə Transneft şirkətinin nümayəndəsi İqor Demin məlumat yayıb.
Həmin məlumata görə, şiddətli şaxtalar buna səbəb olub. Buna görə Qazaxıstanın şimalında, Transneft sistemini neftlə təmin edən bir neft nasos stansiyası da daxil olmaqla iki bölgə enerjisiz qalıb.
Demin yanvar ayının ilk günlərində Sibir sahələrindəki anomal istiliyə görə sistemə neft çatdırılmasında bir sıra məhdudiyyətlərin olduğunu da qeyd edib. Transneft sözçüsü bunların ayın sonuna qədər kompensasiya edilə biləcəyini deyib.
Qeyd edək ki, Rusiya və Qazaxıstan fevral və mart aylarında neft hasilatını artıracaq. Bu razılaşma OPEC + ölkələri tərəfindən əldə edilib. Belə ki, Səudiyyə Ərəbistanı istehsalı gündə 75 min barel azaldacağı təqdirdə Rusiya və Qazaxıstan 65 min neft ixrac edəcək.
KONKRET.az
