“Qazaxıstan Ukraynanın şərqində keçirilən referendumları tanımır”.
KONKRET.az xəbər verir ki, bunu TASS-a Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmisi Aybek Smadiyarov deyib.
“LXR”, “DXR”, Zaporojye və Xerson vilayətlərinin hərbi administrasiyalarının Rusiyaya birləşmək üçün referendum keçirməsinə gəlincə, Qazaxıstan dövlətlərin ərazi bütövlüyü, suveren bərabərliyi və dinc yanaşı yaşaması prinsiplərindən çıxış edir”, – o, qeyd edib.
Smadiyarov xatırladıb ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dəfələrlə beynəlxalq hüquq prinsipinə qətiyyətlə riayət edilməsinin vacibliyini açıq şəkildə bəyan edib.
O qeyd edib ki, Qazaxıstan siyasi dialoqun qurulmasına hər cür kömək göstərməyə hazırdır.
İqbal Rzayev,
KONKRET.az
