Qazaxıstanda GÜCLÜ PARTLAYIŞ – Ölənlərin sayı artdı – VİDEO + YENİLƏNİBbackend

Qazaxıstanda GÜCLÜ PARTLAYIŞ - Ölənlərin sayı artdı - VİDEO + YENİLƏNİB

Qazaxıstanın Çımkənd şəhərində perinatal mərkəzinin yaxınlığındakı aptekdə partlayış baş verib, nəticədə 3 nəfər ölüb.

***

15:20

Çimkənddə şənbə günü günortadan sonra doğum evinin yaxınlığında partlayış baş verib.

KONKRET.az-ın məlumatına görə, Qazaxıstanın Çimkənd şəhərinin Polis İdarəsinin mətbuat xidməti xəbər verir ki, aptekdə qaz balonu partlayıb, aptek binası dağılıb, gözətçi yerindəcə keçinib.

“Saat 12:06-da 102-yə Çimkəndin Q.İlyaev küçəsində partlayış olması barədə məlumat daxil olub. Çimkənd Polis İdarəsinin rəhbərliyi, eləcə də istintaq-əməliyyat qrupu və Fövqəladə Hallar İdarəsinin əməkdaşları dərhal hadisə yerinə yola düşüb. Gələn kimi müəyyən edilib ki, partlayış şoran məhlulun istehsal olunduğu 138 saylı xəstəxanalararası aptekin binasını dağıdıb”, – deyə şəhər polis idarəsinin mətbuat xidmətindən bildirilib.

Yanğına partlayış səbəb olub. İlkin məlumata görə, partlayışa səbəb qazın yığılması olub. FHN əməkdaşları tərəfindən yanğın tamamilə lokallaşdırılıb.

Yüzdən çox insan təhlükəsiz yerə təxliyə edilib.

Partlayışdan sonra baş verən yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xuraman Etibarlı,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*