Qazaxıstanda hicabın qadağan olunması MÜZAKİRƏ EDİLİRbackend

Qazaxıstanda hicabın qadağan olunması MÜZAKİRƏ EDİLİR

Qazaxıstan din haqqında qanuna yenidən baxmağı planlaşdırır.

KONKRET.az xəbər verir ki, bu barədə mədəniyyət və informasiya naziri Aida Balayeva bildirib.

“Biz parlamentin müraciətlərini dinləyir və öyrənirik. Biz çalışacağıq ki, din haqqında qanunun müəyyən müddəalarına yenidən baxaq. Bu, ictimai rəyin diqqətlə nəzərə alınmasını tələb edir. İnanıram ki, təkcə ekspertlər, ilahiyyatçılar deyil, bütün ictimaiyyət bizə kömək edəcək”, – Balayeva deyib.

Qazaxıstanın “niqabları, hicabları, qısa şalvarları, saqqal saxlamağı və insanın dini mənsubiyyətini və hərəkətini başa düşə biləcək digər əlamətləri” qadağan edib-etməyəcəyinə sualını şərh edən nazir deyib:

“Əlbəttə. Ən azından ictimai yerlərdə. Mən görürəm ki, bu, artıq bütün dünyada praktikadır, çünki bu, milli təhlükəsizlik məsələsidir. İctimai yerlərdə üz örtülü olan yerdə onu tanımaq çox çətindir. Yenə də bu, ictimaiyyətlə birgə araşdırılacaq. Nazirlik səlahiyyətli orqan kimi bu istiqamətdə fəaliyyəti gücləndirəcək, qanunvericilik normalarını sərtləşdirəcək”.

Nazir bildirib ki, ölkədəki məktəblərdə şagirdlərin hicablı olması məsələsi aktuallaşıb.

O, Qazaxıstanın dindən ayrı, dünyəvi dövlət olduğunu xatırladıb . Dövlət siyasətinin bütün məsələləri dini normalarla deyil, mülki qanunlarla tənzimlənir.

Qeyd edək ki, Qazaxıstan parlamentində son günlər bir neçə dəfə din məsələsi qaldırılıb.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*