Qazaxıstanın Energetika naziri Erlan Akkencenov və “Samruk-Kazına” suveren fondunun idarə heyətinin sədri Nurlan Jakupov Rusiyanın şirkətinin Qazaxıstandakı aktivləri ilə bağlı vəziyyəti şərh ediblər.
KONKRET.az xəbər verir ki, Nazirin sözlərinə görə, “Karachaganak Petroleum Operating”, “TengizChevroil” və KTQ boru kəməri sanksiya tətbiq olunan aktivlərin siyahısından çıxarılıb.
Akkencenov əlavə edib:
“Qazaxıstandakı iri layihələrin operativ fəaliyyətinə bu günə olan vəziyyətə görə heç nə təhlükə yaratmır. Biz işimizi əvvəlki kimi davam etdiririk və edəcəyik.”
“Samruk-Kazına” fondunun rəhbəri, “KazMunayGaz” milli neft-qaz şirkətinin yeganə səhmdarı Nurlan Jakupov vurğulayıb ki, iki ölkənin şirkətlərinin məsləhətçiləri işləməyə davam edirlər.
O deyib: “Lukoil, KazMunayGazın bir çox layihələrdə tərəfdaşıdır, buna görə də bu istiqamətdə ehtiyac və zərurət var.”
Onun sözlərinə görə, danışıqlar noyabrın sonuna qədər davam edəcək və asan olmayacaq.
Ağagül Mürsəlov,
KONKRET.az
