Qazaxıstanda ilk Atom Elektrik Stansiyası bu şəhərdə tikiləcək – Energetika Nazirliyi AÇIQLADIbackend

Qazaxıstanda ilk Atom Elektrik Stansiyası bu şəhərdə tikiləcək - Energetika Nazirliyi AÇIQLADI

Qazaxıstan Energetika Nazirliyi ölkədə ilk Atom Elektrik Stansiyasının (AES) tikintisi üçün ərazi müəyyənləşdirib.

KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Qeyd olunub ki, tədqiqatların nəticələrinə əsasən, AES-in tikintisi üçün ən çox üstünlük verilən ərazi Almatı vilayətinin Ulken kəndi (Jambil rayonu) seçilib.

Məlumata görə, “Atom enerjisindən istifadə haqqında” Qazaxıstan Respublikası Qanununa əsasən, nüvə qurğularının tikintisinə dair qərar yerli nümayəndəlik orqanlarının razılığı ilə hökumət tərəfindən qəbul edilir.

Energetika Nazirliyindən bildirilib ki, Qazaxıstanda Atom Elektrik Stansiyasının tikintisi ilə bağlı referendum keçirilməyəcək:

“Bununla əlaqədar, 2022-ci ilin noyabrında Almatı vilayət məclisinin sessiyasında rayon sakinlərinin dəstəyi ilə tikintiyə razılıq verilməsi qərara alınıb”.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*