Qazaxıstanın Karaqanda vilayətində baş vermiş mədən qəzası nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb.
KONKRET.az xəbər verir ki, bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, daha 18 şaxtaçının axtarışları davam etdirilir.
11:22
Qazaxıstanın Karağandı vilayətində yerləşən Kostenko adına mədəndə baş vermiş partlayış nəticəsində ölənlərin sayı 21 nəfərə yüksəlib.
KONKRET.az xəbər verir ki, 23 şaxtaçını hələlik dağıntılar altından çıxarmaq mümkün olmayıb.
Hadisə zamanı şaxtada olan 252 nəfərdən 208-si xilas edilib, onlardan 18-i xəstəxanalara yerləşdirilib. Axtarış-xilasetmə işləri davam edir.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev həlak olan şaxtaçıların ailələrinə başsağlığı verib. Hakimiyyət orqanları hadisə ilə bağlı istintaqa başlayıblar.
10:41
Xəbər verdiyimiz kimi, Qazaxıstanın Karaqanda vilayətində şaxtada qəza baş verib.
KONKRET.az xəbər verir ki, “ArcelorMittal” şirkətinin idarə etdiyi Kostenko kömür mədənində baş vermiş qəzada ölənlərin sayı 20-yə yüksəlib.
Qeyd edək ki, əvvəlki məlumatlarda qəza nəticəsində 16 nəfərin öldüyü bildirilirdi.
Ariz Həsənoğlu,
KONKRET.az
