Qazaxıstanda koronavirusdan ilk ölümbackend

Qazaxıstanda koronavirusdan ilk ölüm

Qazaxıstanda koronavirusdan ilk ölüm qeydə alınıb.

KONKRET.az-ın xəbərinə görə, bu barədə ölkənin İnformasiya və İctimai İnkişaf naziri Dauren Abayev məlumat verib.

O, bildirib ki, bu gün bir Qazaxıstan vətəndaşı koronavirusdan ölüb. Nazirin sözlərinə görə, Nur-Sultan Sağlamlıq İdarəsi sabah bu barədə ətraflı məlumat verəcək. Həmin xəstə ölkənin paytaxtı Nur-Sultanda ölüb.

Qeyd edək ki, Qazaxıstanda koronavirus yoluxmuş 109 nəfər var. Onların 61-i paytaxtdadır. Xəstələrdən ikisi sağalıb. Martın 16-dan aprelin 15-dək ölkədə fövqəladə vəziyyət elan olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*