Qazaxıstanda prezidentliyə namizədlərin irəli sürülməsinə BAŞLANILDIbackend

Qazaxıstanda prezidentliyə namizədlərin irəli sürülməsinə BAŞLANILDI

Bu gündən Qazaxıstanda prezidentliyə namizədlərin irəli sürülməsi prosesinə başlanılıb. 

KONKRET.az Zakon.kz”a istinadən xəbər verir ki, proses oktyabrın 11-i saat 18:00-da başa çatacaq.

Bildirilib ki, ölkədə növbədənkənar prezident seçkiləri 2022-ci il noyabrın 20-nə təyin edilib.

İmza vərəqələri namizədin konstitusiya qanununun tələblərinə uyğunluğu müəyyən edildikdən sonra beş gün müddətində veriləcək.

Qeyd edilib ki, Qazaxıstanda 2022-ci il iyulun 1-nə olan məlumata görə, seçicilər siyahısına 11,8 milyon vətəndaş daxil edilib.

Hər bir namizəd Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınma mərhələsində 118 mindən çox seçici imzası toplamalıdır.

Seçkiqabağı təşviqat 2022-ci il oktyabrın 21-i saat 18:00-dan noyabrın 18-dək davam edəcək.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*