Qazaxıstanın Karaqanda vilayətində “ArcelorMittal Temirtau” şirkətinə məxsus “Kazaxtanskaya” kömür mədənində yanğın olub.
KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, mədəndə 45 şaxtaçı qalıb, 182 işçi isə səthə çıxarılıb.
Mədəndə baş verən yanğınla əlaqədar fövqəladə hallar planı hazırlanıb. İxtisaslaşdırılmış xilasetmə xidmətinin əməkdaşları mədənçiləri təcili olaraq təxliyə etməyə başlayıb.
Məlumata görə, qəza zamanı 227 nəfər şaxtada, 75 nəfər isə səthdə olub.
İqbal Rzayev,
KONKRET.az
