Qazaxıstanın iki şəhərində (Türküstan, Kentau) və Türküstan vilayətinin üç rayonunda (Baidibek, Ordabaşı, Sauran) həyətləri və küçələri su basıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Tengrinews.kz” məlumat yayıb.
Qazaxıstan Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, dağlıq ərazilərdə güclü yağıntı nəticəsində həyətyanı sahələri və küçələri su basıb.
Qeyd olunub ki, daşqınlarla mübarizəyə Müdafiə Nazirliyinin hərbi qulluqçuları da cəlb olunub. Əhalinin təxliyyəsi və müvəqqəti məskunlaşması üçün Sauran rayonunda 4 təxliyə məntəqəsi hazırlanıb.
İqbal Rzayev,
KONKRET.az
