Qazaxıstandan yumurta AÇIQLAMASIbackend

Qazaxıstandan yumurta AÇIQLAMASI

“Qazaxıstanda yumurtanın qiyməti ilə bağlı vəziyyət nəzarət altındadır”.

KONKRET.az xəbər verir ki, bu sözləri Ticarət və inteqrasiya naziri Arman Şakkaliyev brifinq zamanı deyib.

Onun sözlərinə görə, ölkədə bu məhsulun qiyməti təxminən 2,5% artıb. O qeyd edib ki, bu dalğa istehlakın mövsümi artımı ilə bağlıdır. Qurum rəsmisi onu da əlavə edib ki, Qazaxıstan özünü yumurta ilə tam təmin edir və Rusiyaya məhsul axınında heç bir problem aşkarlanmayıb.

Arman Şakkaliyev bildirib ki, sabit vəziyyəti qorumaq üçün əsas yumurta istehsalçıları ilə memorandum bağlanıb və bunun əsasında onlar daxili bazarı təmin etməyi öhdələrinə götürüblər.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*