Bu günlərdə qazaxıstanlı videoqraf Azamat Sarsenbaev Mangistau vilayətindən sosial şəbəkə istifadəçilərinin diqqətini çəkən yeni video yayımlayıb.
KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, videonun müəllifi təbiətə zərər vuran turistlərdən qorxduğu üçün ərazinin dəqiq geolokasiyanı paylaşmayıb.
Onun sözlərinə görə, mənzərəni çəkmək üçün ən azı 8 saat yolsuzluqda avtomobil sürməli olub.
“Bu, unudulmaz bir səyahət idi, yeni yerlər kəşf etdim. Mangistau bölgəsində üzgüçülük üçün belə sehrli yerlərin olduğunu heç düşünməmişdim. Heç soruşmayın, yerini açıqlamayacam. Bu ideal yerə yazığım gəlir, insanlarımız bu gözəlliyin qədrini bilmir”, – deyə məşhur videonun müəllifi bildirib.
Qeyd edək ki, 33 yaşlı Azamat Aktauda yaşayır və tez-tez doğma bölgəsindən videolar paylaşır.
Посмотреть эту публикацию в Instagram
Посмотреть эту публикацию в Instagram
İqbal Rzayev,
KONKRET.az
