“Qəbələ” daha iki futbolçu ilə vidalaşdıbackend

"Qəbələ” daha iki futbolçu ilə vidalaşdı

“Qəbələ” klubu daha iki futbolçu ilə yollarını ayırıb.

KONKRET.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qapıçı Səlahət Ağayev və yarımmüdafiəçi Andrey Strijak əyalət təmsilçisini tərk edib.

2022-ci ilin yayından “qırmızı-qaralar”ın şərəfini qoruyan futbolçuların müqavilə müddəti başa çatıb. 32 yaşlı qolkiper “Qəbələ”də keçirdiyi mövsüm ərzində 34 matçda iştirak edib. 24 yaşlı ukraynalı legioner isə 7 oyun keçirib.

Qeyd edək ki, “Qəbələ” daha əvvəl Məqsəd İsayevlə vidalaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*