“Qəbələ” klubu baş məşqçisi Elmar Baxşıyev və köməkçiləri ilə müqavilənin müddətini uzadıb.
“Qırmızı-qaralar”dan KONKRET.az-a verilən məlumata görə, 43 yaşlı mütəxəssis, həmçinin köməkçilər Xaqani Məmmədov və Rasim Ramaldanov, qapıçı məşqçisi Vüqar Məmmədovla yeni anlaşma daha iki il müddətinə nəzərdə tutulub.
Əvvəlki sözləşmələri 2022/2023 mövsümünün sonunda başa çatan məşqçilər korpusu daha iki mövsüm əyalət təmsilçisində işləyəcəklər.
Xatırladaq ki, Baxşıyev 2019-cu ilin sentyabrından “Qəbələ”nin sükanı arxasındadır. O, başa çatan mövsümdə komanda ilə Azərbaycan Kubokunun qalibi olub.
