Qəbələdə 5 nəfər dağda köməksiz qaldıbackend

Qəbələdə 5 nəfər dağda köməksiz qaldı

Qəbələ rayonunun Laza kəndində dağlıq və meşəlik ərazidə beş nəfər köməksiz vəziyyətdə qalıb.

KONKRET.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Vətəndaşların olduğu dəqiq yer müəyyən olunduqdan sonra, Nazirliyin Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri həmin əraziyə cəlb olunub.

Vətəndaşlar xilasedicilərin köməkliyi ilə təhlükəsiz əraziyə endirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*